Viktoriya Bekhem gözəllik sirrini açıqladı - FOTO

Viktoriya Bekhem gözəllik sirrini açıqladı - FOTO
Siyasət 4

Məşhur modelyer Viktoriya Bekhem fit və qüsursuz bədən quruluşunun sirrini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə formada qalma sirlərini pərəstişkarları ilə bölüşüb. 49 yaşlı Viktoriya ayağı sınmasına baxmayaraq yenə də idmanla məşğul olduğunu bununla da formada qaldığını deyib.

O idman salonunda lentə alınan fotolarını sosial şəbəkədə yayımlayıb.

Modelyer məşqdən sonra əlində şərabla dolu badə tutaraq necə istirahət etdiyini də nümayiş etdirib.

Viktoriya "Sevgililər günü"ndə ayağını sındırıb. Bu barədə onun həyat yoldaşı Devid Bekhem bildirib.

Cütlük 1997-ci ildə tanış olub, 1999-cu ildə isə evlənib. Oların Bruklin, Kruz, Romeo adlı oğulları və Harper adlı qızları var.

Son xəbərlər