SİZİN REKLAM BURADA!
055 213 76 73


Los-Ancelesdəki “Dolby” teatrında ABŞ Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, “Oskar”ın qalibləri 23 kateqoriya üzrə elan olunacaqlar.

Cimmi Kimmel dördüncü dəfə mərasimə aparıcılıq edəcək.

Bu ilin favoritləri “Oppenheymer” və “Barbi” filmləri hesab olunur.

Xatırladaq ki, ABŞ Kino Akademiyasının mükafatı olan “Oskar” ən nüfuzlu kino mükafatı sayılır. İlk mükafatlandırma mərasimi 1929-cu ildə baş tutub.

BAKU.WS