22 saat ara ilə baş verən zəlzələlərlə bağlı Naci Görürdən açıqlama: Kiçikdir, amma…

22 saat ara ilə baş verən zəlzələlərlə bağlı Naci Görürdən açıqlama: Kiçikdir, amma…
Siyasət 0

Ötən gün 4,3 bal gücündə zəlzələ baş verən Gümüşhanenin Kelkit rayonunda dünən axşam saatlarında 4,1 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Ətraf əyalətlərdə böyük çaxnaşmaya səbəb olan zəlzələ ilə bağlı məşhur professor Naci Görür dəyərləndirmə edib.

BAKU.WS xəbər verir ki, o, bu barədə çəxsi sosial şəbəkə hesabında paylaşıb.

Yerşünasın sözlərinə görə, yeraltı təkanlar kiçik olsa da, Ərzincan ilə Bingöl arasında güclü zəlzələ gözlənilən Yedisu qırılma xəttinə müəyyən qədər gərginlik yükləyə bilər.

Qeyd edək ki, ötən gün saat 01.15-də Türkiyədə, Gümüşhanenin Kelkit rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Üstündən 22 saat keçdikdən sonra episentri Kelkit olan ikinci zəlzələ olub. İkinci zəlzələnin maqnitudası 4,1 bal gücündə hiss edilib. Yeraltı təkanlar Kelkitdən başqa Gümüşhane şəhər mərkəzi, Bayburt və Trabzonda da hiss olunub.

Son xəbərlər