Zibil qutusuna atmaq istədiyi heykəli fantastik qiymətə satdı - FOTO

Uzun illər qarajda qalmış qədim heykəlin Çin sənətinin əsəri olduğu ortaya çıxıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bürünc heykəl ABŞ-da hərracda satılıb.
Miçiqan ştatının Çikaqo şəhərində keçirilən "DuMouchelles" auksionunda nadir sənət əsəri 930 min dollara satılıb.
Hərracın təşkilatçısı Con Dumouşel bildirib ki, bu, bürünc məhsullar üzrə il ərzində rekord göstəricidir.
Təxminən 80 santimetr hündürlüyündə olan heykəl buddanın ən yüksək maariflənməyə nail olmuş səkkiz köməkçisindən (şagirdindən) birinin portretidir.
13-14-cü əsrlərdə yayılmış Sonq və Yuan imperiyalarının üslubunda hazırlanıb.
Hərracın təşkilatçıları qeyd ediblər ki, nadir heykəl sözün əsl mənasında zibillikdən xilas edilib.
Qeyd edək ki, keçmiş sahibi onu atmaq niyyətində olub. Heykəl Buddizmdə Buddanın hörmətli şagirdi olan Luohanı təmsil edir.
Qalereya
Oxşar xəbərlər
Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ - FOTO
Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifo...
