ABŞ-nin hərbi təyyarəsi suya düşüb - VİDEO

21
noy
2023
12:17
Noyabrın 21-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq Havay sahillərində suya düşüb.
Bu barədə "Hawaii News Now" nəşri yazıb.
Təyyarə Havaydakı dəniz bazasının uçuş-enmə zolağından çıxaraq Kaneohe körfəzinin dayaz sularına düşmək məcburiyyətində qalıb.
Təyyarədə 9 nəfər olub, onların hamısı yüngül xəsarətlər alıb və sahilə çıxa biliblər.
Hadisə müşahidə və patrul üçün nəzərdə tutulan "Boeing P8 Poseidon" təyyarəsində baş verib.
Oxşar xəbərlər
Havay adalarında güclü meşə yanğınları - 36 nəfər həyatını itirib - VİDEO - YENİLƏNİB
Havay adalarının Maui adasında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 210...
