Türkiyə polisindən su altında görünməmiş əməliyyat - VİDEO

Türkiyə polisindən su altında görünməmiş əməliyyat - VİDEO
Video
Siyasət 0

Türkiyədə narkotik tacirlərinə qarşı su altında böyük əməliyyat baş tutub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Bildirilib ki, Adana Yumurtalık sahillərində lövbər salmış Liberiya bayraqlı “Berge Torre” adlı quru yük gəmisində 51 kilo 750 qram narkotik maddə ələ keçirilib.

Nazir Yerlikaya yazısında bu ifadələrdən istifadə edib:

“Narkotik əməliyyatları çərçivəsində İskəndərun körfəzində Adana Yumurtalık sahillərində lövbər salan Liberiya bayraqlı Berge Torre adlı quru yük gəmisində 51 kilo 750 qram kokain ələ keçirilib.

Gəmi kapitanı, kapitan müavinləri və ekipajın da olduğu 26 şübhəli şəxsin ifadələri alınır. İstəyirəm ki, əziz millətimiz bilsin ki, biz zəhər tacirlərinə dözməyəcəyik. Limanlarımız ciddi nəzarət altındadır".

Son xəbərlər