SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı pop ulduzu Maykl Ceksonun 1984-cü ildəki reklam çarxında geyindiyi ikonik pencək hərracda alıcı tapıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki,  hərracı, gödəkcəni hazırlayan “Propstore” firması həyata keçirib.

Ağ-qara rəngli dəri gödəkçənin ən azı 245 min dollara satılacağı gözlənilirdi. Verilən qiymət 306 min dollar olub.

Paltar, Londonda hərracda satılan 200-dən çox xatirə əşyaları arasında idi.

Qeyd edək ki, Maykl Ceksona məxsus xatirə əşyaları əvvəllər də minlərlə dollara satılıb.

BAKU.WS
QALEREYA