"Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini

Zaur Kamal efirdə olmayacaq - ARB-nin direktor müavini
Şou-biznes 70

ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal ilə bağlı yayılan məlumatlar bir-birini təkzib edir.

BAKU.WS xəbər verir ki, aparıcının mayın 4-də yeni formatda, adı hələ açıqlanmayan proqramla yenidən efirə dönəcəyi bildirilirdi.

Onun əvvəlki "Həmin Zaur" layihəsinin isə fərqli ad altında təqdim olunacağı qeyd olunurdu. Zaur Kamal özü də açıqlamasında yaxın günlərdə efirə qayıdacağını təsdiqləmişdi.

Lakin sonradan kanal rəhbərliyi tərəfindən bu məlumatlara aydınlıq gətirilib. ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Manset.az-a bildirib ki, aparıcının efirə qayıdışı ilə bağlı deyilənlər yanlışdır və onun hazırda efirdə olması planlaşdırılmır:

"Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək

Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək

Türkiyənin reytinqli layihələrindən olan "Eşref Rüya" serialında mövsüm finalı öncəsi sürpriz yaşanacaq. BAKU.WS xəbər verir ki, ekran işinə tanınmış aktyor Ali...

355 Şou-biznes 17:10 25 aprel 2026

Son xəbərlər