SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

"Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq", - bəyanatda bildirilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar "bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir".

BAKU.WS