Rusiyada koronavirusa yoluxma halları artır

Rusiyada COVID-19-a yoluxma hallarında artım var.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko "Rossiya 1" telekanalının efirində bildirib.
Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb.
Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.
Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska rejiminə qayıdıb.
Nazir onu da bildirib ki, hazırda bir sıra respirator viruslar yayılır.
Oxşar xəbərlər
ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib. BAKU.WS “repor...
