2025-ci il xərçəng peyvəndinin yaradılmasında sıçrayış ili ola bilər - The Economist
2025-ci ildə xərçəng peyvəndinin yaradılmasında yeni mərhələ başlaya bilər ki, bu da bu sahədə sıçrayış olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı alimlərə istinadən yazır.
Müəlliflər xərçəng peyvəndi sınaqlarının uğurlu olduğunu qeyd ediblər. Ən son nümunələr effektivliyini göstərib. Hazırda alimlər dərmanın dəri, beyin və ağciyər şişlərinə qarşı təsirini öyrənirlər.
"Ümid edilir ki, xərçəng peyvəndləri kemoterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicələrə ehtiyacı azaldacaq dərəcədə irəliləyəcək", - deyə məlumatda bildirilib.
Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün alimlərə şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu ardıcıllıqla sıralayır və genetik mutasiyaların bütün variantlarını axtarırlar.
Dekabrın sonunda Çin Elmlər Akademiyasının Milli Nanotexnologiyalar Mərkəzinin bir qrup alimi şiş membranının antigenləri əsasında nanovaksin hazırlayıb. Dərman siçanlar üzərində sınaqdan keçirildikdə yüksək effektivlik göstərib.
Oxşar xəbərlər
Sudanın paytaxtı Xartumda hava hücumu: 10 nəfər ölüb, 30 nəfər yaralanıb
Sudanın paytaxtı Xartumun cənubunda həyata keçirilən hava hücumu nəticəsində ən azı 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Hücumun Al-Sahrij stansiyasını...