Xərçəng olan rəqqasə 11000 -lik iynəsinin bahalılığından şikayətləndi - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyeli müalicəsində istifadə edilən iynələrin qiymətindən şikayətlənib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında bir iynənin qiymətinin 11 000 lirə(təxminən 684 AZN) olduğunu yazaraq onun baha qiymətə satıldığını bildirib:
"Bütün dünyadakı xərçəng xəstələrinə Allahdan şəfa diləyirəm. Hazırda tibb çox inkişaf edib. Başqa ölkələr kimi bizim də ölkəmiz də xərçəng xəstələrinin dərmanlarını qarşılayır.
Lakin yeni çıxan və ölkəmizə xaricdən gətirilən "Immunity Therapy" dərmanlarının bəziləri inanılmaz dərcədə bahalıdır. Bir çoxlarının qiyməti hətta 6 000 avrodan (təxminən 10 714 AZN) çoxdur.
Həkimlərin yazdığı reseptdə bir iynənin qiyməti isə 11 000 lirədir. (təxminən 684 AZN) Bu da xəstə adamda böyük stressin yaranmasına gətirib çıxarır".
Xatırladaq ki, Tanyeli bu ilinin iyulunda xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. Rəqqasənin mədəaltı vəzində şiş aşkarlanıb. Müalicə alan Tanyelinin saçları tökülüb.
Rəqqasə arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı etdirib. Onun çəkisi 99 kiloqramdan 60-a düşmüşdü.

Oxşar xəbərlər
ING Türkiyə lirəsinin 2026-cı ilədək rekord həddə ucuzlaşacağını proqnozlaşdırır
Niderlandın "ING Group"u 2025-ci ilin sonunda Türkiyənin milli valyutasını ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır. BAKU.WS “report”a istina...
