2024-cü ildə 60-dan çox jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb
2024-cü ildə vəzifə borcunu yerinə yetirərkən 60-dan çox media işçisi öldürülüb. Fələstinli jurnalistlər arasında xüsusilə yüksək itki qeydə alınıb.
APA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün noyabrın 1-də verdiyi bəyanatda deyilir.
"Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son" beynəlxalq günü münasibəti ilə Türk cari və əvvəlki illərin statistikasına istinad edib.
"2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu isə həbs edilib. Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən - çox vaxt münaqişələr, iqlim dəyişikliyi və ya digər böhranları işıqlandırarkən həlak olub", - deyə mətndə deyilir.
Jurnalistlərin öldürüldüyü hər 10 cinayətdən təxminən səkkizinin cəzasız qaldığı qeyd edilir.
O həmçinin hökumətlərin hücumların qarşısını almaq, jurnalistləri qorumaq və günahkarları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməli olduğunu bildirib.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınları başlayıb
Muğlanın Köyceğiz rayonunda baş verən meşə yanğını istiqamətində yanğınsöndürənlər cəlb edilib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb...