2 il 6 ay müddətinə həbs edilən Sadettin Saranın vəkilindən AÇIQLAMA

2 il 6 ay müddətinə həbs edilən Sadettin Saranın vəkilindən AÇIQLAMA
Dünya 21

Bu gün 2 il 6 ay həbs cəzasına məhkum edilən "Fənərbaxça"nın prezidenti Sadettin Sarandan xəbər var.

BAKU.WS xəbər verir ki, qanunsuz mərc oynamağa təhrik etdiyi üçün mühakimə olunan Sadettin Saranın vəkili bu barədə ilk dəfə açıqlama yayıb.

Məhkəmənin çıxardığı qərardan sonra Saran tərəfi növbəti hüquqi addım atacağını bildirib.

Vəkil Serdar Yiğitin sözlərinə görə, qərarla bağlı istinaf (apellyasiya) mərhələsinə müraciət ediləcək və hüquqi proses sonadək diqqətlə izlənəcək.

Yiğit açıqlamasında qeyd edib ki, "Saran Group"un bəraət alan rəhbərləri barədə verilən qərarı məmnunluqla qarşılayırlar. Lakin Sadettin Saran və Kenan Saran haqqında çıxarılan qərarın hələ qüvvəyə minmədiyini vurğulayan vəkil, qanunla nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə ediləcəyini bildirib.

Saran tərəfi yekun mərhələdə ədalətin öz yerini tapacağına inandığını ifadə edib.

Vəkil Serdar Yiğit açıqlamasında "Sadettin Saran və Kenan Saran barəsində verilmiş qərar hələ qəti xarakter daşımır və yuxarı instansiya məhkəmələri tərəfindən yenidən qiymətləndiriləcək. Bu çərçivədə hüquqi mübarizəmizi sonadək davam etdirəcəyik. Nəticədə ədalətin üstün gələcəyinə və bəraət alacağına inanırıq" -deyə bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər