Dayə 91 uşağa qarşı cinsi istismarda ittiham olunur - Bütün əməlləri lentə alırmış

Dayə 91 uşağa qarşı cinsi istismarda ittiham olunur - Bütün əməlləri lentə alırmış
Siyasət 238

Avstraliyada keçmiş uşaq baxıcısı 91 uşağa cinsi zorakılıq etmək, lentə almaq və sonra internetdə yaymaq iddiası ilə 1600-dən çox cinayətdə ittiham olunub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs bir il öncə polis tərəfindən saxlanıb.

Lakin istintaq prosesi uzun çəkdiyindən qurbanların kimliyi yeni müəyyən olunub.

Məlum olub ki, dayə 15 il ərzində Avstraliyada və xaricdə onlarla mərkəzdə yeniyetmə qızlara qarşı zorakılıq edib.

45 yaşlı kişiyə qarşı 246 zorlama və uşaqlara qarşı 673 nalayiq hərəkət etmə ittihamı irəli sürülüb.

Polis onun bütün bu əməlləri lentə aldığını və elektron cihazlarında 4000 şəkil və video tapdıqlarını iddia edir.

Son xəbərlər