Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum: 5 ölü, 26 yaralı - FOTO

Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum: 5 ölü, 26 yaralı - FOTO
Foto
Siyasət 17

Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum həyata keçirilib. Törədilən hücumda 5 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, hücum Dəməşqdə yerləşən Seyyidə Zeynəbdə baş verib.

Suriya Səhiyyə Nazirliyi hücumda 5 nəfərin həyatını itirdiyini, 26 nəfərin isə yaralandığını açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Seyyidə Zeynəbdə iki gün əvvəl şiə müsəlmanların matəm münasibəti ilə axın etdikləri ziyarətgahın qarşısında daha bir partlayış baş vermiş, 2 nəfər yaralanmışdı.

Son xəbərlər