SİZİN REKLAM BURADA!
055 213 76 73


Britaniyanın Christie's hərrac evi holland rəssam Rembrandt Harmenszoon van Rijnin iki portretinin ekspertlərin söylədiyi qiymətdən xeyli yüksək - 13 milyon 156 min avroya satıldığını açıqlayıb.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, "işıq və kölgələrin rəssamı" kimi tanınan məşhur Rembrandtın (1606-1669) çəkdiyi iki portret təxmini qiymətin üzərində alıcı tapdıqdan sonra 13 milyon 156 min avroya satılıb.

Bildirilib ki, 20 sm uzunluğunda olan əsərlər Jan Willemsz van der Pluym və həyat yoldaşı Yaapgen Carels-in portretləridir və uzun müddətdir şəxsi kolleksiyaçıların əlindədir.

1635-ci ildə tamamlanan portretlərin Rembrandt tərəfindən çəkildiyinin məlum olmadığı və onların ustad rəssamın şəxsi kolleksiyalarda olan son əsərləri olduğu vurğulanıb.

Christie's hərrac evi 2009-cu ildə "Akimbo Silahlı Adam"ın portretini 23 milyon 225 min avroya sataraq Rembrandt üçün dünya hərrac satış rekordunu qırıb.

BAKU.WS