Nazirlikdən attestasiyadan keçə bilməyən müəllimlərə SEVİNDİRİCİ XƏBƏR

Nazirlikdən attestasiyadan keçə bilməyən müəllimlərə SEVİNDİRİCİ XƏBƏR
Video
Digər 1945

Attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, attestasiyadan keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır.

Nazirlikdən bildirilib ki, attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Bu müəllimlər, işə qəbul imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər.

Attestasiyada ən yüksək nəticə göstərən 2 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimləri isə prosesin rahat keçdiyini qeyd ediblər.

Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilib. Növbəti attestasiya may ayında keçiriləcək.

BAKU.WS Xəzər TV-yə istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir:

Oxşar xəbərlər

Sevgi maqnit kimi onları cəlb edəcək - 3 bürc

Sevgi maqnit kimi onları cəlb edəcək - 3 bürc

Payız - hisslərin dərinləşdiyi, qəlbin yeniliyə açıldığı bir vaxtdır. Bəzi bürclər üçün qarşıdakı həftələr taleyin əsl hədiyyəsinə çevriləcək: onlar sanki maqni...

111 Digər 23:59 22 oktyabr 2025

Son xəbərlər