"Miss Avropa" avtomobilin təkərləri altına düşərək faciəvi şəkildə öldü

Avropa gözəli Gülər Ərdoğan Türkiyədə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
O, qəza nəticəsində həyatını itirib. Bildirilir ki, 27 yaşlı G.Ərdoğan sərxoş halda avtomobilin sükanı arxasına keçib. Qız sonda polis tərəfindən saxlanılsa da, Ərdoğan maşını tərk edərək qaçmağa çalışıb.
Proses zamanı qız yol ötürücüsünün üzərinə qaçsa da, oradan yolun hərəkət hissəsinə - düz avtomobilin təkərlərinin altına düşüb. G.Ərdoğanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.
Gülər Ərdoğan "Miss Europe Kosovo" yarışmasının qalibi olub. Eyni zamanda mənbə bildirir ki, qız son vaxtlar psixoloji problemlərdən əziyyət çəkir.
Oxşar xəbərlər
Günəş qasırğaları Yer kürəsini təhdid edir: Elektriklə bağlı ciddi problemlər yarana bilər
Astronomlar həyəcan təbili çalırlar - yaxın günlərdə və həftələrdə Yeri güclü günəş qasırğaları gözləyir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "...
