Dünyanın ən zəngin adamlarından biri toyu üçün Türkiyəni seçdi
Amazon şirkətinin qurucusu və dünyanın ən varlı 10 şəxsi arasında yer alan Ceff Bezos iyun ayında baş tutacaq toy mərasimi üçün Türkiyəyə məxsus bir otelin xidmətlərindən istifadə edəcək.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, 2019-cu ildən nişanlısı olan Lauren Sanşezlə ailə həyatı qurmağa hazırlaşan Bezos 24-26 iyun tarixlərində İtaliyanın Venesiya şəhərində keçiriləcək toyunda 200-ə yaxın qonağı qəbul edəcək.
Məlumata görə, Ivanka Trump, Katy Perry, Leonardo DiCaprio, Orlando Bloom və Oprah Winfrey kimi dünya şöhrətli adların da qatılacağı mərasimdə, qonaqlar San Clemente Palace Kempinski Venice otelində qalacaq.
Venesiya meri Luigi Brugnaro, bu böyük tədbirin şəhərin tarixi və mədəni quruluşuna zərər verməyəcəyini, mərasimin şəhər mərkəzində deyil, Venesiya lagün bölgəsində keçiriləcəyini bildirib.
Qalereya
Oxşar xəbərlər
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Cask və Qeşmdəki partlayış səs...