Yayda bahalaşma olacaq? - Hər kəsi düşündürən məsələyə aydınlıq gətirildi
2025-ci il ərzində Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayacaq.
Bu barədə Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yaz və yay aylarında bu artım tempini müşahidə edəcəyik:
"Yay aylarında mövsümü olaraq kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşür. Ona görə də, mövsümü dövrdə qiymətlərin yenidən stabilləşməsi müşahidə ediləcək".
Eyd edək ki, iqtisadiyyata böyük təsir edən idxal inflyasiyasıdır. Deputat bildirir ki, bu səbəbdən də növbəti dövrlərdə də, idxal etdiyimiz ərzaqların qiymətləri həmin ölkədəki vəziyyətdən asılı olacaq:
"Əgər idxal etdiyimiz (məhsulu gətirdiyimiz) ölkədə qiymətlər artmazsa, o zaman bizdə də artım olmayacaq. Əgər qiymət artımı müşahidə olunarsa, sözsüz ki, bu yerli istehlak bazarına təsir edəcək".
V.Bayramov onu da vurğulayıb ki, ümumilikdə isə inflyasiyanın tənzimlənən səviyyədə olacağı gözlənilir:
"Çünki yerli istehsalın artırılması ilə bağlı dərinləşdirilmiş işlər həyata keçirilir. Ərzaq ehtiyatları formalaşır. Nazirlər Kabineti bir müddət öncə bununla bağlı qaydalar da təsdiq etdi".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...