Həkim xərçəngdən qoruyan şirniyyatın adını açıqlayıb

"Yaponların məşhur deserti olan moçi xərçəngdən qorunmağa kömək edir".
BAKU.WS xəbər verir ki, bunu rusiyalı immunoloq Andrey Prodeus deyib.
O bildirib ki, moçi nişasta mənbəyi olan düyü unundan hazırlanır. Bu da istehlak edildikdə bağırsaq sağlamlığını yaxşılaşdıran xüsusi yağ turşuları istehsal edir.
İmmunoloq nişastanın müsbət xüsusiyyətlərini təsdiqləyən tədqiqat nəticələrini də bölüşüb. O qeyd edib ki, bu məhsulu müntəzəm olaraq qida rasionuna daxil edən insanların bağırsaq xərçənginə tutulma riski azalıb.
"Çünki tərkibindəki yağ turşuları şiş böyüməsini maneə törədir", - deyə immunoloq əlavə edib.
Oxşar xəbərlər
Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının senaristi saxlanıldı
Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının ssenari müəlliflərindən biri Merve Göntem polis tərəfindən saxlanılıb. BAKU.WS xəbər verir ki, məlumatı "TGRT Ha...
