19 yaşlı idmançının özü, anası, bacısı və sevgilisi dağıntılar altında öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra 19 yaşlı qadın bodibilder Fiorella Martinez, yaşadığı binanın dağıntıları altında ölü tapılıb.
BAKU.WS xəbər verir ki, o zəlzələ zamanı anası Karmen və kiçik bacısı Miranda ilə birlikdə həlak olub.
İdmançının sevgilisi Fedor Prieto Olivaresin də bir neçə saat sonra öldüyü təsdiqlənib.
Venesuela Bodibildinq və Fitnes Federasiyası (FVFC) Fiorella Martinezin ölümü ilə bağlı paylaşım edib.
"Qadınların "Artistic Fitness" yarışında ikinci yeri tutan cənubi amerikalı Fiorella Martinezin vəfatı ilə bağlı dərin kədərimizi bildiririk. Onun üçün həmçinin, bu faciədən əziyyət çəkən minlərlə venesuelalı üçün dua edirik. Rahat yat, Fiori..." -deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Fiorella Martinez, 2025-ci ildə Ekvadorun Kito şəhərində keçirilən Cənubi Amerika Çempionatında bədən quruluşunu rəqs, gimnastika və akrobatika hərəkətləri ilə birləşdirən "Bədii Fitnes" kateqoriyasında qalib gəlib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...