19 yaşlı gənc velosipedçi ölüb
Belçikalı gənc velosipedçi Yilke Mixilsen xərçəng xəstəliyi ilə uzun sürən mübarizədən sonra 19 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, idmançının vəfat xəbəri onun rəsmi sosial media hesabında paylaşılıb.
Mixilsendə üç il əvvəl sümük və yumşaq toxumalarda yaranan nadir və ağır onkoloji xəstəlik – Yuinq sarkoması aşkarlanmışdı. Səhhətində yaranan ciddi problemlər səbəbindən o, peşəkar idman fəaliyyətini erkən dayandırmağa məcbur olmuşdu. Gənc velosipedçi bu ayın əvvəlində etdiyi açıqlamada tətbiq olunan kimyaterapiyanın nəticə vermədiyini və orqanizminin artıq müalicəyə tab gətirmədiyini bildirmişdi.
Qeyd edək ki, Yilke Mixilsen 2022-ci ildə yeniyetmələr arasında şosse velosipedi üzrə Belçika çempionu adına yiyələnmiş, eyni zamanda çoxnövçülük yarışlarında da ölkə birincisi olmuşdu.
Oxşar xəbərlər
Yaponiyada AES-dən radioaktiv maddə SIZIB
Yaponiyanın "Onaqava" Atom Elektrik Stansiyasının ikinci enerji blokunda radioaktiv buxar sızması qeydə alınıb və blokun fəaliyyəti dayandırılıb. BAKU.WS xaric...