VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan parlamentdə çıxışı zamanı bildirib.

“Baş nazir şahid qismində dindirilib”, - deyə Karamyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan aprelin 18-də bu iş çərçivəsində dindirildiyini bildirsə də, hansı statusda olduğu barədə açıqlama verməmişdi.

“Bəli, mən çox təfərrüatlı şəkildə dindirildim. Nə qədər lazımdırsa, o qədər də dindirəcəklər”, - deyə Paşinyan bildirib.

Mənbə: Erməni KİV

BAKU.WS