SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra aylardır davam edən qorxu İsveçi yenidən bürüdü. Heç bir şərti yerinə yetirməməsinə baxmayaraq, Kılıçdaroğlunun NATO üçün onlara yaşıl işıq yandıracağını düşünən İsveç mediası, "İsveç indi NATO-ya üzv ola bilərmi?", - sualını verir. Prezident Ərdoğanın nə qərar verəcəyi ilə maraqlandıqlarını ifadə edən ölkə qəzetləri hazırda iyulda Vilnüsdə baş tutacaq NATO toplantısına köklənib.

BAKU.WS "Sabah Gazetesi"nin mövzu ilə bağlı məqaləsini təqdim edir.

Rəcəb Tayyib Ərdoğan 13-cü prezident seçkilərinin 2-ci turunun qalibi oldu. Ərdoğanın qələbəsi həm ölkə daxilində, həm də xaricdə böyük təmtəraqla qarşılandı.

Dünya mətbuatı da Türkiyədəki seçkilərə böyük maraq göstərib. Bu ölkələrdən biri də İsveç oldu. Rusiya-Ukrayna müharibəsinə görə NATO-ya üzv olmaq istəyən, lakin prosesə Türkiyə tərəfindən veto qoyulan İsveç Kamal Kılıçdaroğlunun seçkidən qalib çıxacağına ümid edirdi.

Prezident Ərdoğanın tarixi qələbəsinin işıqlandığı İsveç mətbuatında Ərdoğanın İsveçə münasibətindən bəhs edilib. İsveçin "Expressen" qəzeti, İsveçdəki qalmaqallardan sonra heç bir şey yaşanmamış kimi Ərdoğanın mövqeyinin niyə mənfi olduğunu soruşaraq, "Türkiyə prezidenti İsveçin terror qruplaşmalarını qoruduğunu iddia edir", - deyə bildirib.

"HBL" də Prezident Ərdoğanın qələbəsindən danışılıb və "İsveç NATO-dadırmı?", - sualını verib. İsveçin ümidinin bu yay Vilnüsda keçiriləcək NATO toplantısına olacağını dilə gətirən qəzet, "Ərdoğan ötən həftə Türkiyənin İsveçə qapıları açmağa hazır olmadığını bildirdi", - deyə qeyd edib.

Dagsavisen də Türkiyədəki seçkilərdən bəhs edən qəzetlər arasındadır. Xəbərdə prezident Ərdoğanın yenidən prezident seçilməsinin İsveçin NATO-ya daxil olmasını gecikdirə biləcəyi qeyd edilib.

Əslində, Türkiyədəki diplomatik mənbələr tez-tez NATO-nun genişlənməsinə qarşı olmadıqlarını bildirirlər.

Ancaq ötən aylarda imzalanan üçtərəfli razılaşmada Türkiyənin şərtlərini qəbul etdiyini bildirən İsveç sözügedən şərtləri yerinə yetirməmiş və istənilən terror üzvlərinin adlarını Türkiyəyə təhvil verməmişdir.

Əslində Finlandiya NATO-ya üzv olarkən açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq İsveçə çağırış edərək, "Sizi də NATO-da görmək istəyirik. Ona görə də Türkiyəyə verdiyiniz sözlərə əməl edin", - deyə bildirmişdi.

Bu vəziyyətdən sonra ölkədə prezident Rəcəb Ərdoğana sərhədsiz hücum və terror təşkilatı PKK tərəfdarlarının İsveç küçələrində nümayiş etdirməsi gərginliyi daha da artırıb.

Nəhayət, ifrat sağçı və anti-islamçı Rasmus Paludan tərəfindən İsveçin paytaxtı Stokholmun ortasında Qurani-Kərimin yandırılması gərginliyi artıran son hədd olmuşdu.

İsveçdə bəzi insanlar bunun "ifadə azadlığı" olduğunu iddia etsə də, İsveçin baş naziri Ulf Kristersson mövzu ilə əlaqədar belə demişdi:

"İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil".

BAKU.WS