SİZİN REKLAM BURADA!
055 213 76 73


Yer kürəsində elə ölkələr var ki, qaydalı şəkildə gecəsi və gündüzü olur. Lakin bəzi ölkələr var ki, orada aylarla günəş çıxmır ya da ki, heç batmır.

BAKU.WS xarici KİV-ə istinadən günəş batmayan ölkələrin siyahısını təqdim edir:

İslandiya

Bu ölkədə mayın 10-dan iyulun sonuna kimi günəş batmır.

Norveç

Norveçdə 76 gün boyunca günəş batmır. Parlak günəş işığı hər gün 20 saat ərzində hər tərəfi isidir. Avropanın şimal hissəsində olan Norveçin Svalbard şəhərində aprelin 10-dan avqustun 23-nə qədər günəş batmır.

Alyaskanın Barrou şəhəri

Alyaskada mayın sonu ilə iyul arasındakı dövrdə günəş heç vaxt batmır. 

İsveç

İsveçdə ilin yarısına qədər günəş çıxır. Mayın əvvəlindən avqustun sonuna günəş gecəyarı batır 4-də isə yenidən çıxır.

Finlandiya

Minlərlə gölə və adaya sahib ölkənin çox hissəsində 73 gün günəş batmır. Bu bölgələrin sakinləri davamlı olaraq günəş çıxdığı üçün yazda daha az, qışda daha çox yatır.

Kanadanın Nunavut şəhəri

Nunavut, Kanadanın şimal-qərb hissəsində yerləşir. Təxminən iki ay burada günəş batmır. Lakin qışda bu şəhərdə bir ay günəş çıxmır.

BAKU.WS