SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Fransanın Kann şəhərində təşkil edilən mötəbər film festivalında izdiham yaşandı. Hollivud ulduzları olan aktyorlar və aktrisaların da qatıldığı Kannda izdiham səbəbilə oğurluq hadisələri də çoxaldı.

BAKU.WS xəbər verir ki, festivalın ilk günündən Kannda olan aktrisa Meryem Üzerli bahalı zinət əşyalarının qorumaq üçün qaldığı otelin təmizlik xidmətindən imtina edib.

O özəl dəvətlərdən başqa qalan yerlərdə mobil telefonunun boynundan asaraq gəzir.

Aktrisaya yaxın mənbələrdən bildirilib ki, Üzerli oğurlanmasın deyə bütün nəğd pulunu kartında saxlayır. Qızıllarını isə otelin kasaasında saxlayır. İzdiham olan yerlərə isə getmir.

 

Xatırladaq ki, ötən il Kann Film Festivalında aktyor Erkan Petekkayanın mobil telefonu oğurlanmışdı. Aktyor oğrunu tutaraq Fransa polisinə təhvil vermişdi. 

BAKU.WS