Köhnə işçiləri Nusreti məhkəməyə verdilər - Açıq-saçıq geyinməyə məcbur edirdilər

Köhnə işçiləri Nusreti məhkəməyə verdilər - Açıq-saçıq geyinməyə məcbur edirdilər
Siyasət 286

Müxtəlif ölkələrdə 22 restoranı olan məşhur türkiyəli qəssab Nusret Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib.

BAKU.WS xəbər verir ki, ABŞ-nin aparıcı media qurumlarından biri olan İnsider-ə danışan iddiaçılar Gökçenin restoranlarında cinsiyyətçi atmosferin olduğunu və işçilərin milliyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər.

Bundan başqa, Nusret Gökçe ilə işləyən bəzi qadınlar “dekolte” geyinməyə məcbur edildiklərini bildiriblər.

“Nusr-Et New York”da əvvəllər barda işləyən Elizabet Kruz adlı bir qadın, "Baş menecer işdəki ilk günümdə qısa ətək, hündürdaban ayaqqabı və sinəsi açıq paltar geyinməyimi istədi", - sözlərini deyib. Qadın, rəhbərinin ona seksist və irqçi ifadələr işlətdiyini də bildirib. Kruz, “O vaxt restoranda işləyən türk qadınlar adi forma geyinirdilər”, - şərhini verib.

Son xəbərlər