SİZİN REKLAM BURADA!
055 213 76 73


Kocaelinin Gölçük rayonunda yaşayan 55 yaşlı Osman Ay adlı şəxs üçün oruc təkcə Ramazan ayı ilə məhdudlaşmır. O, 35 il əvvəl, 20 yaşında oruc tutmağa başlayıb və heç vaxt dayanmayıb. Həmin gündən etibarən ilin 12 ayını oruc tutur.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziyasının hazırladığı süjetdə deyilir.

35 ildir orucunu pozmayan Osman Ay günləri, həftələri deyil, oruc tutduğu illəri hesablayır. 

"Necə qərar verdiniz?" sualına, Ay belə cavab verib:

"Marketdə 3 aylar orucunu tuturdum. Gördüm ki, yeyib-içən biri deyiləm. Baxdım, mənə ziyanı yoxdur. 3 aylar bitdi, dedim 6 ay Şevale orucları var onları tutum. Sonra dayanmadım. Məndə vaxt necə keçdi anlamıram. Düz 35 il oldu".

Oruc tutmağın onu gənc göstərdiyini bildirən Osman Ay, mağazaya gələnlərin onu amerikalı aktyor və prodüser Bryus Uillisə oxşatdığını söyləyib.

Daha ətraflı süjeti təqdim edirik:

BAKU.WS
VİDEO