SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günlərdə Ukrayna prezidentinin saytında Çinin məşhur "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan olunmasını tələb edən petisiya dərc olunub.

Bu barədə BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir.

Petisiyanın müəllifi öz təşəbbüsünü müharibə zamanı "TikTok"da videodan çox təbliğat gedir" deyə izah edir.

Ukraynalılar artıq bir neçə dəfə "TikTok"un qadağan edilməsi məsələsini qaldırıblar.

Qeyd olunur ki, oxşar petisiya ötən ay da dərc olunub. Lakin yalnız 990 istifadəçi imza atıb. Məsələyə baxılması üçün 25 000 imza toplamaq lazımdır.

Xatırladaq ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurası, Niderland bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib.

BAKU.WS