Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiya ordusu son sutkada Ukraynanın Xerson vilayətini 67 dəfə atəşə tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, düşmən son 24 saatda ağır artilleriyadan ümumilikdə 301 mərmi atıb: “23 mərmi yaşayış məntəqələrinə, fərdi və çoxmənzilli binalara, tibb müəssisəsinə düşüb. Təəssüf ki, itkilərimiz var. 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb”.
Hərbi administrasiya rəhbərinin sözlərinə görə, həmçinin Xersona 7 hücum cəhdi olub.
O bildirib ki, son sutkada 59 mülki şəxs Xersondan təxliyə edilib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
