SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Zelandiya hökuməti sevgilisindən ayrılan gənclərə dəstək olmaq üçün "Love Better" adlı proqram təqdim edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Z nəsli arasında məşhur olan sosial media platformalarında “Love Better” kampaniyası sevgilisindən yeni ayrılan gənclərə dəstək olmaq məqsədi daşıyır.

Ölkənin Sosial İnkişaf Nazirinin müavini Priyanca Radhakrishnan məsələ barədə danışarkən deyib ki, bu, dünyanın heç bir hökuməti tərəfindən sınaqdan keçirilmiş yanaşma deyil.

Yeni Zelandiya hökumətinin 2022-ci ildə apardığı araşdırmaya görə, 16-24 yaşlı gənclərin təxminən 80 faizi münasibətdə olub və onların 87 faizi normal ayrılıq prosesindən kənar hisslər yaşayıb. Yeniyetmələrin 55 faizi isə əmin deyillər və ya yalnız “bir az” əmindirlər ki, münasibətləri zərər görmədən bitirə bilərlər.

Bundan başqa, gənclər daha çox emosional ağrı yaşasa da, hər 6 gəncdən 1-i fiziki mübahisələrlə qarşılaşdıqlarını bildirib.

Üç il davam edəcək kampaniya üçün 6,4 milyon Yeni Zelandiya dolları (4 milyon dollar) ayrılıb.

BAKU.WS