SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il film və kino sahəsinin ən yaxşılarının mükafatlandırıldığı 95-ci Oskar mərasimi keçirilib. 

BAKU.WS xəbər verir ki, ənənəvi olaraq hər il təşkil edilən mötəbər mərasim bu dəfə də Los-Anceles şəhərində "Dolby" teatrında baş tutub.

İlin ən yaxşılarının mükafatlandırıldığı mərasim ABC kanalı vaitəsilə canlı yayımlanıb. 

Malayziyalı aktrisa Mişel Yeo "ən yaxşı aktrisa" nominasiyasında qalib olub. O, Oskarı "Hər şey, hər yerdə və dərhal" filmindəki roluna görə qazanıb. 

İlin "ən yaxşı rejissor" nominasiyasında mükafat Den Kvan və Daniel Şeynertə təqdim edilib. Onlar da Oskarı “Hər şey, hər yerdə və dərhal" filminə görə əldə ediblər.

Amerikalı aktyor Brendan Freyzerə "ən yaxşı aktyor" nominasiyasında Oskar təqdim edilib. O, "Balina" filmindəki obrazına görə mükafatlandırılıb. 

 Meksikalı rejissor Qilyermo del Toronun “Pinokkio Qilyermo del Toro” adlı ekran işi ən yaxşı cizgi filmi adına layiq görülüb. Mükafat rejissora təqdim edilib.

Rejissor Edvard Bergerin çəkdiyi "Qərb cəbhəsində dəyişiklik yoxdur" filmi "Ən yaxşı operator işi" mükafatını qazanıb. Ekran əsəri həm də ən yaxşı xarici film kimi tanınıb.

"Ən yaxşı qısametrajlı bədii film" mükafatını Tom Berkli və Ross Uaytın "İrlandiya sayağı vida" filmi qazanıb.

BAKU.WS