SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə yenidən zəlzələ təhlükəsi ilə üz-üzə gəlib. Tanınmış seysmoloqların İstanbulda böyük bal gücündə zəlzələ ola biləcəyi barədə açqılamaları ölkədə ajiotoja səbəb olub. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qardaş ölkədə yerli sakinlər kimi tanınmışlar da şəhəri tərk edir. 

 

Onlar ən çox Bahçeköy, Zekeriyaköy, Uskumruköy və Demirciköy bölgələrinə köçərək zəlzələ qorxusundan qurtulmağa çalışırlar. 

Mediada yayılan məlumatlara görə, Engin Altan Düzyatan, Arda Turan, Bengü, Caner Erkin, Berkay, Erkan Petekkaya, Burak Özçivit və Şafak Sezer kimi məşhurlar evlərinin zəlzələyə davamlılığını ölçdürsələr də, yenə də ailələrinə görə narahatdırlar. 

Sarıyerin kənd ərazilərində yeni villaları nəzərdən keçirən məşhurlar artıq köç hazırlıqlarına başlayıblar.

BAKU.WS