SİZİN REKLAM BURADA!
055 213 76 73


“Marko Polo” serialının prodüseri Harvi Vaynşteyn 2018-ci ildə məhkəməyə verilərək həbs edilib. Yeni qərarla isə Harvi Vaynşteynin cəzası artırılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təcavüz və cinsi zorakılıqda ittiham olunan Harvi daha 16 il müddətinə həbs cəzasına məhkum edilib.

"The New York Times"in məlumatına görə, bu müddət prodüserin 2020-ci ildə cinsi təcavüz ittihamı ilə cəzalandırıldığı 23 il həbs cəzasına əlavə olunacaq.

Xatırladaq ki, 70 yaşlı prodüser 30 il ərzində 80-dən çox qadına təcavüz edib. 

Onlar arasında Hollivud ulduzları Ancelina Coli, Salma Hayek də var. 

BAKU.WS