Salma Hayekin əri Notr Damın bərpası üçün 100 milyon avrosundan keçdi
16
apr
2019
16:45
Fransada xeyriyyə Fondu dünən yanan məşhur Notr Dam de Pari kilsəsinin təmiri üçün maddi dəstək yığmağa başlayıb. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, məşhur simalar artıq qədim abidənin təmiri üçün pul bağışlamağa başlayıblar. Notr Dam de Pari kilsəsinin bərpası üçün fransız biznesmen Bernar Arnonun ailəsi və onun "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətlər qrupu 200 milyon, Salma Hayekin həyat yoldaşı, fransız milyarder Fransua Anri Pino 100 milyon avro bağışlayıb. "Gucci", "Yves Saint-Laurent" kimi brendlərin sahibləri də təmir üçün müəyyən məbləğ ödəyəcəklərini açıqlayıblar. AyselBAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ: Notr-Dam-de-Paris kilsəsi yanır - CANLI YAYIM
Fransanın simvolu hesab olunan Notr-Dam-de-Paris kilsəsində güclü yanğın baş verib.BAKU.WS-in məlumatına görə, yanğın zamanı kilsənin əsas qülləsi aşıb. Yanğını...