SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə daha bir zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ Türkiyə vaxtı ilə saat 08:26-da Kahramanmaraşın Ekinözü bölgəsində 4.1 bal gücündə qeydə alınıb. 

Bundan başqa, bu gün Türkiyənin Kahramanmaraş vilayətində ard-arda 3.6, 3.7 və 3.9 bal gücündə zəlzələlər də olub.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.

BAKU.WS