Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.
***14:58
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 8 min 574 nəfərə çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
O əlavə edib ki, yaralıların sayı 49 min 133 nəfərdir.
Qeyd edək ki, Türkiyədə şiddətli zəlzələlər zamanı 6444 bina dağılıb.
***12:39
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 7 min 108-ə çatıb. 40 910 yaralı var.
***10.41
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
O, əlavə edib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
***08:00
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay açıqlayıb.
O, əlavə edib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
Qeyd edək ki, bu dəqiqəyə kimi dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətləri davam edir.
Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.