SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

***22:42

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

***19:46

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***18:00

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb.

***17.58

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

O, əlavə edib ki, 63 794 nəfər isə yaralanıb.

***14:29

"Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 64 794 nəfər isə yaralanıb: “Axtarış-xilasetmə tədbirləri davam edir”.

***10:01

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

***07:36

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Həmçinin zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

BAKU.WS
VİDEO