SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə "Hatayspor"un idman direktoru Taner Savut və futbolçu Kristian Atsu dağıntılar altında qalıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış qrupları hər iki şəxsi xilas etmək üçün işlərini davam etdirir.

Qeyd edək ki, 31 yaşlı futbolçu Kristian Atsu daha əvvəl "Çelsi" və "Porto" kimi klublarda oynayıb.

Atsu "Hatayspor" klubuna yeni transfer olunmuşdu. O, dünən Super Liqa çərçivəsində "Kasımpaşa"ya qarşı keçirilən qarşılaşmada forma geyinərək matça əlavə olunmuş 7-ci dəqiqədə komandasının qələbə topuna imza atmışdı. 

BAKU.WS
QALEREYA