Bu ölkədə spirtli içki və siqaretin nağd pulla alışı qadağan edilə bilər

25
yan
2023
09:53
Ukraynada spirtli içkilər və siqaretin nağd alışı qadağan edilə bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Rostislav Şurma açıqlayıb.
Onun sözlərinə görə, idarəetmədə iki əsas dəyişiklik nəzərdə tutulub:
"Birincisi elektron aksizdir. Yəni QR kodu tətbiq etməklə məhsulun harda hazırlandığını sistemdə izləməyə imkan yaranacaq. İkincisi, aksizli mallar üzrə bütün ödənişlərin nağdsız formata, yəni kartla ödənişə keçirilməsi təklif olunur", - deyə Şurma bildirib.
Oxşar xəbərlər
Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: "Rusiya hərbi-siyasi rəhbərliyi atəşkəs qərarında səmimi deyil"
"Atəşin dayandırılması haqqında qərar verən Rusiyanın hərbi-siyasi rəhbərliyinin səmimiliyi barədə danışmaq mümkün deyil". BAKU.WS xəbər verir ki, bunu "report"...
