SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktyor Muhlis Asan infarkt keçirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı aktyorun "Unutma bizi"  filminin çəkilişi zamanı halı pisləşib. Həmin vaxt Muhlis infarkt keçirdiyini bilməyib.

Aktyoru evə aparıblar. Lakin vəziyyəti ağırlaşan aktyor daha sonra xəstəxanaya yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Aktyor reanimasiyaya köçürülüb.

Onun vəziyyəti kritik olaraq qalır.

Xatırladaq ki, Muhlis Asan karyerasına 1985-ci ildə "Kaşık Düşmanı" adlı ekran işi ilə başlayıb. O, bu günə qədər bir çox tamaşa və filmlərdə müxtəlif obrazlar yaradıb.

Onu da bildirək ki, Muhlis Asan rol aldığı "Aşka geldik" filmində azərbaycanlı həmkarı Fərda Xudaverdiyevlə birlikdə çəkilib.

Zöhrə Pənahi
BAKU.WS