SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən "TV8"də yayımlanan "Survivor Panorama" proqramının qonağı olan Acun Ilıcalı yarışma haqqında xoşagəlməz sözlər işlədən Nagihan Karadereni tənqid edib.

BAKU.WS xəbər verir ki, "Survivor"un sadəcə sürət yarışması olmadığını deyən Acun Ilıcalı çempion olmaq üçün bir çox komponentlərə malik olmağın vacibliyini vurğulayıb:

"Nagihan xanıma təşəkkür edirəm. "Survivor"da birinci olmaq üçün çox narahat olub. Nagihanın hansı xüsusiyyətdə birinci olacağını anlaya bilmirəm. O, çox sevdiyim insandır. Nagihanın çempion olacaq hansı xüsusiyyətləri var idi? Çox yaxşı qaçır, yaxşıdır, amma bura qaçış yarışı deyil".

Qeyd edək ki, son çempion Nisa Bölükbaşının qalibiyyətini tənqid edən Nagihan Karadere Acun Ilıcalının canlı yayımda dediklərindən sonra proqrama qoşulmaq istəyib. Tvitter hesabında paylaşım edən Karadere, "Məni verilişə bağlayın. Acun bəyə zəng edirəm, telefonu məşğuldur", - deyə yazıb.

BAKU.WS
VİDEO