SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 18-də axşam saatlarında Fransa və Argentina arasında keçirilən dünya çempionatının final matçında qazanan tərəf Argentina olub. 

Argentinanın ulduz oyunçusu Lionel Messinin həyat yoldaşı da oyunu stadiondan izləyən çılğın azarkeşlər arasında idi. 

BAKU.WS xəbər verir ki, Antonella Rokuzzo sosial media hesabından emosional qeydlə kubok həyəcanının görüntülərini yayımlayıb.

Bundan başqa, Lionel Messi də sosial media hesabında dünya çempionatı mərasimi zamanı çəkilmiş görüntülərini paylaşıb. 

Messi paylaşımlarının altına bunları yazıb: 

"DÜNYA ÇEMPİONLARI! O qədər xəyal qurdum ki, hələ də inana bilmirəm. Ailəmə, mənə dəstək olan və bizə inanan hər kəsə çox təşəkkür edirəm. Biz bir daha sübut etdik ki, biz argentinalılar birlikdə mübarizə aparanda və birləşdikdə ağlımıza gələn hər şeyə nail ola bilirik. Ləyaqət, fərdiliklərdən üstün olan bu qrupun, eyni zamanda bütün Argentinalıların arzusu üçün mübarizə aparan hər kəsin gücüdür. Biz bunu etdik! Tezliklə görüşərik.

Messinin rəsmi sosial media hesabında dərc etdiyi bu paylaşımlar 35,7 milyon bəyənmə və 1,1 milyon şərh toplayıb.

Messinin həyat yoldaşı Antonela Rokuzzo tərəfindən edilən paylaşımlar isə 10,7 milyon bəyənmə və 97,5 min şərh toplayıb.

BAKU.WS