“Instagram” bu məhsulların reklamlarını siləcək
Məşhur “Instagram” fotoservisi elektron siqaret, adi siqaret, silah, alkoqol və pəhriz əlavələri kimi məhsulların reklamlı paylaşımlarının idarə olunmasını sərtləşdirəcək.
BAKU.WS technote-yə istinadən xəbər verir ki, elektron siqaret, adi siqaret və alkoqollu içkilər kimi məhsulların reklamları daha öncə də qadağan edilsə də, qarşıdakı bir neçə həftə ərzində fotoservis bu cür reklamlı paylaşımları ümumiyyətlə siləcək.
Gələn il alkoqollu içkilərin və pəhriz əlavələrinin reklamları ilə məşğul olan şəxslər üçün “Instagram” daxilində xüsusi funksiya təqdim ediləcəyi də bildirilib. Həmin funksiya sayəsində şəxslər bu cür məhsulların müəyyən yaş istifadəçilərə göstərilməsini dayandıra biləcəklər.
Bununla yanaşı fotoservis “Brand Collabs Manager” adlı aləti də anons edib. Həmin alət vasitəsilə istifadəçilər və brendlər bir-birilərini axtararaq reklam elanlarının yerləşdirilməsi üzrə danışıqlar apara bilərlər. Əvvəllər istifadəçilər brendlərə öz paylaşımlarının baxış sayı və digər göstəricilər üzrə statistikalarını göndərirdilərsə, yeni alətdə bütün bu göstəricilər avtomatik olaraq əks olunacaqlar. Bu yeni özəllik hələ ki, az sayda istifadəçi üçün aktivdir.
Oxşar xəbərlər
Avropa İttifaqı "Facebook"un kriptovalyutasına qadağa qoydu
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin maliyyə nazirləri “Facebook” kriptovalyutasının öz ölkələrində istifadəsinin qadağan edilməsi üzrə qərar qəbul edibl...