SİZİN REKLAM BURADA!
055 213 76 73


Görmə qüsurlarını aradan qaldırmaq üçün ən çox istifadə edilən üsullardan biri də linzalardır. Bu vasitələr hər ötən gün daha da populyarlaşır. Bununla yanaşı bilmək lazımdır ki, linzaların səhv istifadəsi görmə qabiliyyətinin itməsinə səbəb olur.

BAKU.WS xəbər verir ki, İngiltərədə yaşayan 54 yaşlı Meyson adlı qadın linzanı düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirib. Görəsən linzaların istifadəsində nələrə diqqət edilməliyik? Bu barədər ekspertlər danışıblar. 

Gənc yaşda eynək taxmaq maraqlı olsa da, həm görmə, həm də fiziki narahatlıq səbəbindən linzaya keçənlərin sayı günü-gündən artır. Əslində göz rəngini dəyişmək üçün belə linzalardan istifadə edənlər çoxdur desək yanılmarıq. Bundan geniş istifadə etsək də, linza taxmağın riskləri ilə bağlı da məlumatlı olmalıyıq ki, gözlərimizi qoruya bilək. Bu barədə son zamanlar mətbuatda xeyli sayda xəbərlərə rast gəlmək olar.

Hər il İngiltərədə 150-200 nəfər infeksiyaya yoluxur. Onların çox az hissəsi görmə qabiliyyətini tamamilə iitirsə də, xeyli hissəsinin gözü yavaş-yavaş zəifləyir.

Meyson dəfələrlə xəstəxanaya gedib, müxtəlif dərmanlar qəbul edib və əməliyyatlar keçirdib, lakin hamısı uğursuz olub. Zamanla görmə qabiliyyətini itirən və işini tərk etmək məcburiyyətində qalan qadın kor olmağının səbəbinin krantdan gələn su olduğunu dərk etdikdə dəhşətə gəlib.

Suda olan infeksiya onun sol gözündən linza vasitəsilə ilə buynuz qişası arasına daxil olub.

Bu səbəblə də mütəxəssislər çox ciddi göz infeksiyalarına səbəb ola biləcəyi üçün duş qəbul edərkən linzaların mütləq çıxarılmasını məsləhət görürülər.

Onların sözlərinə görə, sabun və kosmetika kimi vasitələrin də linzalarla təmasda olmasına icazə verilməməlidir. Bu məhsullar infeksiyanın qarşısını almır, əksinə, kimyəvi qıcıqlanma ilə buynuz qişanın ön hissəsini pozaraq infeksiyanın yayılmasını asanlaşdırır. Sabun və kimyəvi maddələr olmasa belə, tək kran suyu bu təhlükəli infeksiyalara səbəb ola bilir.

Eyni zamanda oftolmoloqlar linzaların krantdan axan su ilə yuyulmasının da çox təhlükəli olduğunu qeyd edirlər. Onlar bildirir ki, suda yaşayan göbələk və bakteriyalar daimi görmə itkisinə səbəb olacaq buynuz qişa infeksiyaları baxımından böyük təhlükə yaradır.

Eynilə, hovuzlarda və dəniz sularında yaşayan göbələklər və bakteriyalar da linzanın səthində toplanaraq, çoxalaraq, həmişəlik görmə itkisinə səbəb ola bilər. Bu səbəbdən  də,  dəniz, hovuz kimi yerlərdə linzalardan istifadə etmək qətiyyən tövsiyə edilmir.

Təbii ki, linzalarla bağlı problem yaşayan təkcə Meyson deyil.

70 yaşlı Amerika vətəndaşı göz həkiminə müraciət edərək, gözündə çıxara bilmədiyi bir şey olduğunu deyib. Qadın gözünün hər şeyi bulanıq gördüyünü və ağrı olduğunu bildirib.

Oftalmoloqların uzun müddət davam edən səyi nəticəsində qadının gözündən 23 linza çıxarılıb. O, hətta gözlərinə inanmayıb, göz həkimlərindən sonra özü linzaları bir-bir saymağa başlayıb.

BAKU.WS