SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində yaralananların sayı 490 nəfərə yüksəlib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu İranın Xoy Tibb Elmləri İnstitutunun rektoru Hüseyn Həbibzadə deyib.

Onun sözlərinə görə, hazırda yaralılardan 100-ü xəstəxanaya yerləşdirilib.

H.Həbibzadə zəlzələ nəticəsində indiyədək ölüm halının qeydə alınmadığını deyib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

BAKU.WS