Göyçayda kanala yıxılan 57 yaşlı kişi xilas edildi

Göyçayda kanala yıxılan 57 yaşlı kişi xilas edildi
Hadisə 12

Göyçay rayonunun Potulu kəndində kanala yıxılan 57 yaşlı şəxs xilas edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Gündüz Şükür oğlu Məmmədov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər