Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib.
BAKU.WS Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı hotelin qarşısına gəlib.
Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.
Hazırda Səmran Həsənovun üzərində cərrahi əməliyyat aparıldığı bildirilir.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...